Ordu.az-ın məlumatına görə, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər verib.
Mənbələr bildiriblər ki, görüş Tramp administrasiyasının rəsmiləri ilə Fələstin rəhbərliyi arasında qeyri-rəsmi danışıqların nəticəsi olub.
Məlumata əsasən, Ər-Riyadda baş tutan görüşdə Səudiyyə Ərəbistanı vasitəçi qismində çıxış edib.
Qeyd olunub ki, bu, Tramp administrasiyasının nümayəndəsi ilə Fələstin rəsmisi arasında noyabr seçkilərindən sonra ilk görüş olub.
Ordu.az