Konqonun Qoma şəhərində öldürülənlərin sayı 100 nəfəri ötüb

2025/01/1738052239.jpg
Oxunub: 389     04:18     29 Yanvar 2025    
Konqo Demokratik Respublikasının şərqində Qoma şəhərində son üç gündə silahlı toqquşmalarda yüzdən çox adam həlak olub, mindən çox insan yaralanıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" şəhər xəstəxanalarına istinadən məlumat yayıb.

"Qoma küçələrində hələ də çoxlu meyitlər var", - agentliyin həmsöhbəti bildirib.

Ruandanın hərbi qüvvələrinin dəstəklədiyi “23 Mart Hərəkatının” üsyançı qruplaşmaları yanvarın 26-da axşam saatlarında Qomaya daxil olub. Şəhərdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam edir. Sonuncular Qomanın böyük hissəsinə nəzarət edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Qoma  


Bizi "telegram"da izləyin