BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq

2025/01/1738089677.jpg
Oxunub: 509     22:23     28 Yanvar 2025    
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danona məktub göndərib.

Ordu.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Baş katib məktubda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail torpaqlarında fəaliyyətinə davam etməsinə çağırıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa əsaslanır və Fələstin xalqını dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Qeyd edək ki, ötən oktyabrın 28-də İsrail parlamenti UNRWA-nın ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.

İsrailin BMT-dəki səfiri Danni Danon bu gün təşkilatın Təhlükəsizlik Şurasına çıxışı zamanı UNWRA-nın fəaliyyətinin 48 saat ərzində dayandırılacağını bildirib.

Xatırladaq ki, 1948-ci ildə yaradılmış Agentlik Yaxın Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   UNRWA  


Bizi "telegram"da izləyin