Ordu.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun 3-cü Sahil Hava Hücumundan Müdafiə (HHM) Taboru son illərdə inkişaf etdirilən, bu yaxınlarda istifadəyə verilən və quru əsaslı HHM qabiliyyəti olan “Marine Air Defense Integrated System”dən istifadə edərək, Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı atış təlimi həyata keçirib.
3-cü Dəniz Diviziyasının açıqlamasına görə, Havay adasında keçirilən təlim 2024-cü ilin dekabrında sahəyə təqdim edilməsindən etibarən MADIS-in atış təlimində ilk istifadəsi olub.
Dəniz Piyadaları Korpusu “Stinger” raketi, 30 mm-lik top və 7,62 mm-lik pulemyotdan ibarət sistemi “Pohakuloa” Təlim Sahəsi üzərində təxminən 30 PUA-ya qarşı sınaqdan keçirib.
Qeyd edək ki, MADIS ABŞ Hərbi Dəniz Qüvvələrinin 3-cü Sahil HHM Taboru (3d LAAB) tərkibindəki Quru Əsaslı HHM Batareyası tərəfindən idarə olunur.
Sevinc Əliyeva
Ordu.az