Ordu.az xəbər verir ki, bu barədə “Defence Industry EU” nəşri məlumat yayıb.
İtaliya Müdafiə Nazirliyi iki böyük satınalma proqramı çərçivəsində 380-ə qədər yeni tank və 1000-dən çox Zirehli Döyüş Vasitəsi (ZDV) almaq niyyətini təsdiqləyib.
Birinci proqram köhnəlmiş C1 və C2 “Ariete” tanklarını KF51 “Panther”ə əsaslanan park ilə əvəz etməyi hədəfləyir.
Bu tanklar “İtalyanlaşdırma” adlanan prosesdə İtaliyanın əməliyyat tələblərinə cavab vermək üçün əhəmiyyətli dəyişikliklərə məruz qalacaq.
Proqram, həmçinin KF51 platformasında inşa edilən dəstək vasitələrini də əhatə edəcək. Bu təşəbbüsün dəqiq büdcəsi açıqlanmasa da, onun 10 milyard avronu keçəcəyi gözlənilir.
Təxminən 1050 ZDV-nin alınmasına yönəlmiş ikinci proqramın konturları daha ətraflı müəyyən edilib. Bu vasitələr KF41 “Lynx” əsasında hazırlanacaq və 16 müxtəlif variantda olacaq.
Sevinc Əliyeva
Ordu.az