Ordu.az xəbər verir ki, bu barədə Asiya mediası məlumat yayıb.
Almaniyanın “Thyssenkrupp Marine Systems” (TKMS) şirkətinin tenderdə qalib gəlmə ehtimalının yüksək olduğu və “Type 214” modelinin daha təkmil avadanlıqlara sahib olduğu bildirilir.
Hindistan mediası qeyd edir ki, Almaniyanın (TKMS şirkəti havadan müstəqil hərəkət (AIP) sistemləri ilə təchiz olunacaq 6 sualtı qayığın inşası ilə bağlı bu layihə üçün yarışda yeganə iddiaçı olaraq qalır.
Yerli mənbələrə görə, İspaniyanın “Navantia” şirkətinin təqdim etdiyi S-80 sualtı qayığı təklifi bu 5 milyard dollarlıq (təxminən 4,8 milyard avro) müqavilənin nəzərdən keçirilməsindən çıxarılıb.
Hindistanın xəbər agentliyi ANI-nin məlumatına görə, S-80 təklifinin ləğv edilməsinə səbəb onun Hindistan Hərbi Dəniz Qüvvələrinin tələblərinə cavab verə bilməməsidir.
Sevinc Əliyeva
Ordu.az