Ordu.az xəbər verir ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri çoxlu sayda V-BAT PUA-sı almaq üçün müqavilə imzalayıb.
Müqavilə çərçivəsində nə qədər PUA-nın təhvil veriləcəyi açıqlanmayıb.
Müdafiə istehsalçısı “Shield”in həmtəsisçisi Brandon Tsenq “Axios”a verdiyi açıqlamada PUA-ların tədarükünün bu ilin ortalarında başlayacağını deyib.
O, razılaşmanın Çinin regional fəaliyyətlərinə qarşı “Hind-Sakit okean regionuna dəstək kampaniyası” çərçivəsində həyata keçirildiyini qeyd edib.
Hərbi ekspertlərin fikrincə, “Shield AI” PUA-larının alınması Yaponiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) dəniz kəşfiyyatı imkanlarını genişləndirməyə və daha çox sayda gəmidən V-BAT-lardan istifadə etməyə imkan verəcək.
“Shield AI”nin MQ-35 PUA-ları Böyük Britaniya Dəniz Piyadaları, HDQ və Sahil Mühafizəsi tərəfindən istifadə olunur. Hindistan Silahlı Qüvvələri də bu PUA-lar ilə maraqlanır.
Noyabrın sonunda Hindistanın şaxələndirilmiş konqlomeratı “JSW Group”un “Shield AI” ilə PUA istehsal etmək üçün birgə müəssisə yaratdığı bildirilib.
Əməkdaşlıq çərçivəsində “JSW Group” növbəti iki il ərzində təxminən 90 milyon dollar sərmayə qoyacaq.
V-BAT-ın çəkisi 56,5 kq-dir və bunun 11 kq-a qədəri faydalı yükdür. 10 saata qədər havada qala bilən PUA həssas MWIR termal görüntüləmə sensoru ilə təchiz edilib və hədəfləri aşkar etmək üçün süni zəkadan istifadə edir.
“Shield AI” MQ-35A V-BAT-ın əsas xüsusiyyəti onun 4x4 metrlik sahədə şaquli enmə və qalxma icra edə bilməsidir.
Sevinc Əliyeva
Ordu.az