Hindistanın yeni tank əleyhinə raket variantı hazırdır

2025/01/1737793832.jpg
Oxunub: 353     12:40     29 Yanvar 2025    
Hindistan ordusu yerli istehsal olan “Nag Mk 2” tank əleyhinə raketinin sınaqlarının başa çatdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi Racastanda keçirilən yerli istehsal üçüncü nəsil tank əleyhinə raket “Nag Mk 2”nin sahə qiymətləndirmə sınaqlarının uğurla başa çatdığını elan edib.

Bu çərçivədə aparılan sınaqlarda raketin maksimum və minimum mənzil sərhədlərində hədəfləri məhv etməyi bacardığı bildirilib.

Eyni zamanda, “Army Recognition” tərəfindən dərc edilən xəbərə görə, sınaqlar BMP-2 “Sarath” platformasının modernləşdirilmiş versiyası olan “Nag” Raket Daşıyıcısı (NAMICA) Versiya 2-nin qiymətləndirilməsini və sistemin sınaqlarının tamamlanmasını da əhatə edir.

Beləliklə, sistemin Hindistan ordusuna qoşulmağa hazır olduğu vurğulanıb. Bu kontekstdə Hindistanın müdafiə naziri Racnath Sinqh uğurlu sınaqlara görə minnətdarlığını bildirib.

O, həmçinin Hindistan Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatı (DRDO), Hindistan ordusu və sənayenin maraqlı tərəflərinin töhfələrinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tank  


Bizi "telegram"da izləyin