Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
“Bloomberg”in təhlilinə görə, bu addım Türkiyənin Aralıq dənizi, Egey və Qara dəniz bölgələrində təsirini gücləndirmək və müdafiə sənayesini diversifikasiya etmək hədəfinin mühüm hissəsidir.
Gəmilərin suya buraxılması münasibəti ilə çıxış edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün qeyd edib: “Bu 3000 tonluq freqatlar dünya dənizlərində millətimizin gücünü və əzmini təmsil edəcək”.
O, Türkiyənin dənizdə daha güclü aktor olmaq yolunda möhkəm addımlar atdığını vurğulayıb.
Donanma genişlənməsi 2006-cı ildə qəbul edilən və Türkiyəyə ətrafındakı dənizlər üzərində daha çox nəzarəti təmin etmək məqsədi daşıyan “Mavi Vətən” doktrinasına əsaslanır.
Bu doktrina, həmçinin Egey və Şərqi Aralıq dənizində Yunanıstan və Kiprlə sərhəd və enerji qaynaqları münaqişələrini formalaşdırır.
Türkiyə 2019-cu ildə Liviya ilə imzalanan dəniz sərhədi müqaviləsi kimi addımlarla mövqeyini gücləndirməyə davam edir.
Hazırda Türkiyənin gəmiqayırma zavodlarında 29 yeni gəmi, o cümlədən ilk yerli sualtı qayıqlar, esmineslər və aviadaşıyıcı gəmilər inşa edilir.
Sevinc Əliyeva
Ordu.az