Türkiyə müdafiə sənayesinin milli məhsulları dünya ordularının radarındadır

2025/01/1737785830.jpg
Oxunub: 6078     11:12     29 Yanvar 2025    
Son zamanlar istehsal etdiyi müdafiə sənayesi məhsulları ilə döyüş anlayışlarını dəyişən Türkiyə ixracatı ilə də dost, qardaş və müttəfiq ölkələrin təhlükəsizliyi üçün sipər olub.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə müdafiə sənayesi 2024-cü ildə qızıl dövrünü yaşayarkən, yerli və milli məhsullar bir çox ölkənin üstünlük verdiyi seçimə çevrilib.

Bu dövrdə Türkiyə kütləvi istehsaldan “Ar-Ge”yə, innovasiyadan texnologiya idarəçiliyinə qədər həyata keçirdiyi bütün fəaliyyətlər və əldə etdiyi yüksək təcrübə ilə dünyada müdafiə sənayesinə ixracat həyata keçirən ölkələr arasında 11-ci yerə yüksəlib.

Platforma əsasında ixracın artması rəqəmlərdə də özünü göstərib. Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatı ötən il 7 milyard 154 milyon dollara çataraq, yeni rekorda imza atıb.

Ötən il təkcə ölkə daxilində təhvil verilən sistemlərin iqtisadi töhfəsi ən az 40 milyard dollar olaraq qeydə alınıb.

Bu dövrdə 40 ölkəyə 4500-dən çox quru platforması, 3 ölkəyə korvet, 10-dan çox ölkəyə 140 dəniz platforması, 42 ölkəyə sursat və raket, 50-dən çox ölkəyə isə 770 zərbə və müşahidə tipli Pilotsuz Uçuş Aparatı (PUA) ixrac edilib.

Bundan əlavə, 24 ölkəyə 1200 elektro-optik sistem və stabilləşdirilmiş silah sistemi, 8 ölkəyə hücum helikopteri, 10 ölkəyə radar, 111 ölkəyə müxtəlif ölçülü silah, tüfəng və tapança, 11 ölkəyə 1500 kamikadze PUA-sı və 2 ölkəyə “Hürkuş” təlim təyyarəsi satılıb.

Bir çox yeni məhsullar da müxtəlif ölkələrin radarındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin