Ordu.az xəbər verir ki, iki qurum arasındakı bu razılaşma ilə “KEYVAN Havacılık”ın Naviqasiya Məlumat Bazası “Sofia Flight Training” tərəfindən istifadə edilən uçuş simulyatorlarına inteqrasiya edilib.
“Sofia Flight Training”in KEYVAN-ın təklif etdiyi məlumat bazalarına üstünlük verməsi KEYVAN-ın etibarlılığını və sektorda liderliyini bir daha sübut edir.
“KEYVAN Havacılık” şirkətinin aviasiya və naviqasiya verilənlər bazası istehsal meneceri Serkan Pusat bildirib ki, uçuş simulyatorları üçün verilən məlumatlar sektorda yetişdirilən pilotların təlim proseslərində mühüm rol oynayır.
“Bu məlumatlar pilot namizədlərin təlim səmərəliliyini artırır və daha təhlükəsiz, daha effektiv əməliyyatlar üçün mühüm əsas yaradır. KEYVAN olaraq təklif etdiyimiz həllər xüsusi olaraq aviasiya mütəxəssislərinin, təhsil müəssisələrinin və aviaşirkətlərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. Məqsədimiz hər bir simulyasiya təcrübəsinin mümkün qədər real, faydalı və sektora xas olmasını təmin etməkdir. “Sofia Flight Training” ilə bu əməkdaşlıq təhsilin keyfiyyətini artırmaq məqsədimizə əhəmiyyətli töhfə verir”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az