Erməni siyasi xadim: “Azərbaycan nə almalıdırsa, onu da alacaq, möhkəmləndirəcək”

2025/01/1737706929.jpg
Oxunub: 366     13:21     29 Yanvar 2025    
“Normal insan beyni belə cəhaləti və xəyanəti təsəvvür edə bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Samvel Nikoyan deyib.

“Onlar razılaşdılar ki, demarkasiya aşağıdakı qaydada aparılmalıdır: razılaşdıqları nöqtələrdə sabitlənir və bəzi məqamlarda bu, razılaşa bilməmələrindən asılı olmayaraq dəyişdirilə bilməz”, - deyə Nikoyan qeyd edib.

Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü bildirib ki, Azərbaycan nə almalıdırsa, onu da alacaq, möhkəmləndirəcək.

“Təbiətdə belə zəif düşüncəli, qulluqçu insanı (Paşinyanı nəzərdə tutur-red.) təsəvvür etmək mümkün deyil. Nikol, sən təbiətən balanssızsan. Bunun altında əziləcəksən”, - deyə Nikoyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin