“Past”: Ermənistanın iqtisadi aktivlik göstəriciləri ötən ilin son aylarında xeyli azalıb

2025/01/1737706346.jpg
Oxunub: 375     11:41     29 Yanvar 2025    
Ermənistanın iqtisadi aktivlik göstəriciləri ötən ilin son aylarında xeyli azalıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu, Ermənistanın iqtisadi artımını əsasən xarici amillərlə müəyyən etməsi və bu amillərin təsiri zəiflədikcə artım ətalətinin dayanması ilə bağlı olub.

“Nəticədə xarici vəziyyət dəyişəndə, Ermənistan iqtisadiyyatı özünü güclə sürünən vəziyyətinə qaytarıb. Ümumiyyətlə, bütün proqnozlarda iqtisadi aktivliyin azalması tendensiyası özünü göstərir. Məsələn, Dünya Bankı artıq 2025-ci ildə cəmi 5 faiz, 2026-cı il üçün isə 4,6 faiz artım proqnozlaşdırır. Qeyd etmək lazımdır ki, 2022-ci ildə başlayan yüksək iqtisadi artım templəri gələcək iqtisadi inkişaf üçün əsasların yaradılmasına çevrilə bilərdi, lakin hər şey şansa buraxılıb. Yəni bizdə elə bir vəziyyət olmalı idi ki, Ermənistan iqtisadiyyatı artıq bəzi xarici şərtlərə deyil, öz daxili potensialına əsaslanmalı idi. Ermənistan hakimiyyəti Ermənistanın suverenliyindən çox danışır, lakin suverenliyin ən mühüm amili iqtisadi baxımdan özünü təmin etməkdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadi-aktivlik  


Bizi "telegram"da izləyin