Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib - FOTOLAR

2024/11/3eff5-1730725965.jpg
Oxunub: 719     16:57     04 Noyabr 2024    
Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.

Bu barədə Ordu.az-a AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.

Tədbirdə Elfaq Nağıyevin valideynləri - atası Azad Nağıyev, anası Aytəkin Nağıyeva, Milli Məclisin deputatı, AKF-nin prezidenti Ülvi Quliyev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, deputatlar Göydəniz Qəhrəmanov, Pərvanə Vəliyeva, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova və 40-a yaxın şəhid ailə üzvləri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirdə ümumilikdə 400-dən çox karateçi AKF tərəfindən şəhidin xatirəsinə xüsusi təsis edilmiş medallar uğrunda gərgin mübarizə aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Turnir  


Bizi "telegram"da izləyin