Xaçmazda şəhid Kamil Məmmədovun ailəsi ziyarət olunub - FOTOLAR

2024/10/whats-1730134224.jpg
Oxunub: 1123     20:37     28 Oktyabr 2024    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində şəhid Kamil Məmmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ordumuzun qələbəsindən söhbət açıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, Kamil Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Cəsur döyüşcü”, “Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid  


Bizi "telegram"da izləyin