ƏÜO-da təlim-metodiki toplantı keçirilib - VİDEO+FOTOLAR

2024/06/ebf3e-1717675124.jpg
Oxunub: 450     15:54     06 İyun 2024    
Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Təlim-metodiki toplantıda ilk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.

Toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib.

Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli istiqamətində suallar işlənilib.

Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ƏÜO   Toplantı  


Bizi "telegram"da izləyin