Beynəlxalq Proqramın iştirakçıları üçün Şuşa turu təşkil edilib - FOTOLAR

2024/06/1d496-1717591890.jpg
Oxunub: 405     16:32     05 İyun 2024    
“Şuşa-İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının iştirakçıları üçün Şuşa turu təşkil edilib.

Ordu.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif ölkələrdən gələn gənclər Şuşadakı bərpa və tikinti-quruculuq prosesi ilə tanış olublar.

Qonaqlar Şuşa qalası, Yuxarı Gövhərağa məscidi, Cıdır düzü, Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər, Şuşanın qədim küçələrini dolaşıblar.

Onlar Şuşanın tarixi əhəmiyyəti, eləcə də ermənilərin işğal dövründə şəhərə vurduğu ziyan barədə məlumatlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şuşa   Tur  


Bizi "telegram"da izləyin