Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Beyləqan rayonunun Milabad qəsəbə qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiqulu Mədət oğlu Quliyevin meyitinin qalıqları Beyləqan rayonuna gətirilib.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Beyləqan rayonu Milabad qəsəbəsində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Mehdiqulu Mədət oğlu Quliyev 1958-ci il iyunun 1-də Cəbrayıl rayonunun Niyazqullar kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüb.
M.Quliyev Beyləqan rayonu Milabad qəsəbə qəbiristanlığında dəfn olunacaq.
Daşqın Güneyli
Ordu.az