Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Saatlı şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərov Saatlı şəhərinə gətirilib.
Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Saatlı şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Namiq Balaxan oğlu Cəfərov 1973-cü il avqustun 9-da Saatlı şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 30-da Ağdərə rayonunda itkin düşüb.
N.Cəfərov Saatlı şəhəri Şəhidlər Xiyabanında dəfn olunacaq.
Ordu.az