"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib - FOTOLAR

2024/06/4785f-1717504646.jpg
Oxunub: 626     16:31     04 İyun 2024    
Cari ilin hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.

Buraxılış mərasimində kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Komando   Kurs  


Bizi "telegram"da izləyin