MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib - FOTOLAR

2024/06/b0de9-1717422535.jpg
Oxunub: 360     17:45     03 İyun 2024    
Bakıda NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində DEEP nümayəndə heyəti ilə illik icmal görüşü keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Milli Müdafiə Universitetində (MMU) təhsil sisteminin inkişafı və ötən ilki təcrübələrin mübadiləsi, həmçinin cari ilin 7-10 oktyabr tarixlərində universitetin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi konfrans mövzuları müzakirə olunub.

Milli Müdafiə Universitetinin tabeçiliyində olan təhsil müəssisələrində keçirilən görüşlərdə yerli və xarici təhsil ekspertləri, universitet nümayəndələri iştirak ediblər.

Nümayəndə heyəti Milli Müdafiə Universitetində təhsil sahəsində həyata keçirilən yenilikləri yüksək qiymətləndirib və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MMU   NATO   MN  


Bizi "telegram"da izləyin