Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO+FOTOLAR
Oxunub: 574
16:32
01 İyun 2024
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər zamanı məktəblilər müxtəlif hərbi aviasiya vasitələri ilə tanış olub, habelə bir qrup şəhid övladının sağlamlığının qorunması məqsədilə onların müayinə və müalicəsi, eləcə də dispanserizasiyası təşkil edilib.
Tədbirlərdə, həmçinin uşaqlar üçün əyləncəli proqram nümayiş etdirilib və bayram süfrələri açılıb.