Azərbaycanın hərbi rəhbərliyi "Efes-2024" təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb - FOTOLAR

2024/05/e1246-1717054641.jpg
Oxunub: 477     11:23     30 May 2024    
Türkiyədə işgüzar səfərdə olan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yüksək Səviyyəli Müşahidəçi Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.

Nümayəndələr Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.

Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES - 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.

Sonda təntənəli konsert proqramı təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   EFES-2024   Türkiyə  


Bizi "telegram"da izləyin