Azərbaycan səfiri Özbəkistan Senatının sədri ilə iki ölkə arasındakı parlamentlərarası əlaqələri müzakirə edib - FOTOLAR

2024/05/731ff-1717009296.jpg
Oxunub: 705     22:58     29 May 2024    
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Mərkəzi Asiya ölkəsinin Ali Məclis Senatının sədri ilə iqtisadi-ticari, mədəni-humanitar, habelə iki ölkə arasındakı parlamentlərarası əlaqələri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti məlumat yayıb.

“Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevi qəbul edib. Tərəflər xüsusilə qeyd ediblər ki, Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq güclü siyasi iradə və iki dövlətin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri sayəsində inkişaf edir”, – mətbuat xidməti nəql edib.

Bildirilib ki, görüşdə “ticarət-iqtisadi, mədəni-humanitar və parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”:

“Özbəkistan və Azərbaycan parlamentləri arasında inkişaf etmiş münasibətlərin hazırkı yüksək səviyyəsinə əsaslanaraq gələcək planlar müzakirə edilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin