Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir - FOTOLAR

2024/05/e52b6-1717006678.jpg
Oxunub: 830     22:11     29 May 2024    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən "Doğanbey" təlim sahəsinə gələrək Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.

Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri, pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin