Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun əməkdaşları şəxsi heyətlə görüşlər keçirib - FOTOLAR

2024/03/photo-1710915597.jpg
Oxunub: 355     10:18     20 Mart 2024    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun əməkdaşları birgə tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğısı nəticəsində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkil olunması istiqamətində əldə olunmuş nailiyyətlərdən danışılıb.

Hərbi Prokurorluğun əməkdaşları və çıxış edənlər hərbi intizamın möhkəmləndirilməsi istiqamətində şəxsi heyətə müvafiq tövsiyələr veriblər.

Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olub, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Dövlət-Sərhəd-Xidməti   Hərbi-Prokurorluq  


Bizi "telegram"da izləyin