Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2024/03/54f5f-1709555607.jpg
Oxunub: 159     16:27     04 Mart 2024    
Azərbaycanda səfərdə olan Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Bu barədə Ordu.az-a Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Avstriya ilə parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və digər rəsmi şəxslər müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Avstriya   Azərbaycan  


Bizi "telegram"da izləyin