Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının və Ümummilli Liderin Hərbi Liseydə xatirəsinin əbədiləşdirilməsinin ildönümü qeyd edilib - VİDEO+FOTOLAR

2024/02/57c09-1709140210.jpg
Oxunub: 153     19:34     28 Fevral 2024    
Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının və Ümummilli Lider Heydər Əliyevin Hərbi Liseydə xatirəsinin əbədiləşdirilməsinin 20-ci ildönümü qeyd edilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Ümummilli Lider Heydər Əliyevin Hərbi Liseydə xatirəsinin əbədiləşdirilməsinin 20-ci ildönümü münasibətilə liseyin hərbi qulluqçuları və kursantları hərbi marşlar ifa edərək Heydər Əliyev Muzeyinə yürüş ediblər.

Hərbi qulluqçular, pedaqoji kollektiv və kursantlar Ümummilli Liderin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Hərbi liseyin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Daha sonra hərbi liseydə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu qısa müddətdə böyük inkişaf yolu keçib. Əcdadlarımızın hərbi ənənələrini yaşadan, xalqın sevgisi və dövlətin qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin artırılmasında böyük uğurlar qazanıb.

Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil hərbi liseyin fəaliyyətə başlaması ilə Ümummili Liderimizin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan onun doğma yurdunda yaratdığı hərbi lisey oldu.

General-polkovnik K.Mustafayev qeyd edib ki, artıq 20 ildir ki, müstəqil fəaliyyət göstərərək Ulu Öndərin adına layiq nümunəvi təhsil müəssisəsi olaraq savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsi ilə Ordumuza böyük töhfə verən hərbi lisey ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Heydər Əliyev adına Hərbi Liseyin məzunları da şərəfli döyüş yolu keçərək qəhrəmanlıq göstərib, adlarını tarixin şanlı səhifələrinə yazıblar.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi polkovnik Elşad Həsənov və liseyin ictimai fənlər bölməsinin rəisi Mirismayıl Seyidov hərbi liseyin keçdiyi inkişaf yolundan danışıb, kursantların hərbi biliklərə yiyələnməsi üçün yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Çıxışların ardından tədrisdə və pedaqoji fəaliyyətində əldə etdikləri nailiyyətlərə görə bir qrup hərbi qulluqçu, müəllim və kursantın mükafatlandırılması ilə bağlı Əlahiddə Ümumqoşun Ordu komandanının əmri tədbir iştirakçılarına çatdırlıb və mükafatlar təqdim olunub.

Sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Sonda Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik K.Mustafayev pedaqoji heyətlə görüşərək əlamətdar gün münasibətilə kollektivi bir daha təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Ordu   Hərbi-Lisey  


Bizi "telegram"da izləyin