Sentyabrın 22-də Kanzasda başlayan sərginin sentyabrın 24-də keçirilən “atış tədbiri”ndə “Sarsılmaz”ı ABŞ Milli Atıcılıq Çempionu, eyni zamanda “SAR Savunma” komandasının üzvü 18 yaşlı Rene Enç təmsil edib. Dünyanın ən böyük mülki silah bazarı olan ABŞ silah sənayesi üçün böyük əhəmiyyət kəsb edir.
“Sarsılmaz” sentyabrın 22-də başlayan və sentyabrın 24-də sona çatan TRIGGRCON odlu silah sərgisinə iddialı bir başlanğıc edib. Tədbirin ilk iki günündə “Sarsılmaz” məhsullarının nümayiş etdirilməsindən sonra iştirakçılar tədbirin son günündə “Sarsılmaz”ın silahları və həqiqi mərmiləri ilə atış təcrübəsini yaşaya biliblər.
Orta Qərbdə ən böyük ictimai silah sərgisi
143 illik təcrübəsi ilə Türkiyənin və Avropanın ən böyük silah istehsalçılarından biri olan “Sarsılmaz” odlu silah sənayesində liderliyi ilə tanınan TRIGGRCON sərgisi çərçivəsində ən yeni məhsullarını təqdim edib. “Sarsılmaz”ın ABŞ satış üzrə direktor müavini Yakob Fer bildirib: “Bu möhtəşəm hadisəni səbirsizliklə gözləyirdik, TRIGGRCON Orta Qərbdəki ən böyük ictimai silah şousudur. “Sarsılmaz” bu sərgidə yeni və innovativ məhsullar seriyasını təqdim etməyə hazırdır”.
Hərbi birliyin bütün ehtiyaclarını ödəyə bilən məhsul çeşidi
Sərgidə fərdi istifadəçilər üçün hazırladığı silahlarla istehlakçıların və sənaye liderlərinin qarşısına çıxan “Sarsılmaz” həmişə olduğu kimi beynəlxalq arenada da adından söz etdirməyi bacardı. Bir hərbi birliyin bütün ehtiyaclarını qarşılaya biləcək məhsul çeşidinə sahib olan “Sarsılmaz” sərginin son günündə ABŞ-dən fərdi istifadəçilərin böyük marağına səbəb olan məhsulları ilə atış təcrübəsi də təqdim edib.

Sərginin son günündə keçirilən atıcılıq çempionatı ABŞ-də maraqla izlənilən tədbirdir. Sərginin bu hissəsində “Sarsılmaz” adından 18 yaşlı Rene Enç və təqaüdçü SWAT mənsubu Toni Sentmanat iştirak edib. Enç 5 dəfə FL SASP çempionluğunu, 4 dəfə Milli SASP-də gümüş medalı və 2023 Optik Tapança Milli SASP Çempionatını qazanmış gənc idmançıdır.
2023 Optik Tapança Milli SASP Çempionatını qazanmaq üçün Ençin istifadə etdiyi odlu silahlar arasında “Sarsılmaz K12 Sport” və SAR9 “Sport Gen3” var. 22 ildən çox dəniz piyadası kimi xidmət edən təqaüdçü SWAT mənsubu Toni Sentmanat qarışıq döyüş sənətlərindəki təcrübəsindən əlavə, 20 ildən artıqdır odlu silahlar üzrə təlimatçıdır.
Sevinc Əliyeva
Ordu.az