Xızı rayonunda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

2023/06/16879-1687936776.jpg
Oxunub: 8387     11:18     28 İyun 2023    
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonda Vətən müharibəsi şəhidlərinin ailələrini Qurban bayramı münasibətilə ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ordu.az-a bildiriblər ki, polis əməkdaşları şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik edib, problemləri ilə maraqlanıblar.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, Qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Kömək edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin