Şahdilidə "Mənim atam qəhrəmandır!" adlı tədbir keçirilib - FOTOLAR

2023/06/e8b89-1687788401.jpg
Oxunub: 5244     16:39     26 İyun 2023    
Abşeron Milli Parkında Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları və ailə üzvləri üçün "Mənim atam qəhrəmandır!" layihəsi çərçivəsində tədbir təşkil olunub.

Ordu.az xəbər verir ki, ölkənin ən ucqar cənub-şərq nöqtəsində, rəmzi olaraq "Qartalın dimdiyi" adlandırılan Şahdilidə şəhid övladlarının əyləncəli gəzinti proqramı unudulmaz kompozisiyalarla davam edib, füsunkar Şahdili mənzərələri fonunda qəhrəman övladları yaddaqalan vaxt keçirib.

Layihə ölkədə şəhid ailələrinin asudə vaxtlarının səmərəli təşkili ilə tanınan "Fire Land Production"ın təşkilatçılığı və Abşeron Milli Parkının dəstəyi ilə həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şahdili   Tədbir  


Bizi "telegram"da izləyin