Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə "PAŞA Holdinq" və "Bravo" supermarketlər şəbəkəsinin bayram sovqatları təqdim etməsi nəzərdə tutulub.
Qurban bayramı münasibətilə sovqat çatdırılmasına artıq start verilib. Belə ki, sözügedən şəhid ailələrinə "Bravo" “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə bayram sovqatları çatdırır. Çatdırılma prosesinin bayram günlərinə qədərə tamamlanması planlaşdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin 18 yaşa qədər olan övladlarını ehtiva etməklə ümumilikdə 800-dən çox ailəsini əhatə edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də daxildir. Belə ki, "PAŞA Holdinq" və onun törəmə şirkətləri 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşa qədər olan övladları üçün təşkil olunmuş proqram çərçivəsində sözügedən uşaqlar genişləndirilmiş sığorta paketi ilə də təmin olunublar ki, bu paket digər xidmətlər ilə yanaşı stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına yeni dərs ilində məktəbli ləvazimatlarının təqdim edilməsi də planlaşdırılır.
Ordu.az