“Qoy açıqlasın görək doğrudanmı biz, sülh müqabilində 7 rayon formatını müzakirə edirdik” – Aşotyan

2019/11/ashot-1574505864.jpg
Oxunub: 15183     15:06     23 Noyabr 2019    
Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan, sabiq prezident Serj Sarkisyanın və bir qrup partiyadaşlarının Almaniyaya səfərini və erməni gündəminə dair münasibət açıqlayıb.

O, bildirib ki, Sarkisyanın rəhbərlik etdiyi partiyanın bir qrup üzvü Almaniyada hakim partiyanın qurultayında iştirak edib.

O, Sarkisyanın və keçmiş hakim partiya üzvlərinin Zaqrebdə Avropa Demokratik partiyasının qurultayında iştirakına, uzun fasilədən sonra ilk xarici səfərin baş tutmasının diqqətdən kənarda qala bilməyəcəyi məsələsinə aydınlıq gətirib. Üzvlərinin Avropanın müxtəlif ali orqanlarında təmsil olunması ilə qeyd edilən partiyanın siyasi çəkisinin məlum olması və Sarkisyanın çıxışının “əhəmiyyəti”ni vurğulayıb. Lakin uzun zamandır Sarkisyanın gözlənilən çıxışının bundan ibarət olmadığını qeyd edib.

Sarkisyan öz xalqı və ictimaiyyəti ilə erməni KİV-lərinin iştirakında ayrıca çıxış edəcəyi bildirilib.

Zaqrebə gəlməklərini isə 2012-ci ildən Avropa Demokratik Partiyasının üzvü olduqları və faktiki olaraq 2008-ci ildən əməkdaşlıq etdikləri ilə izah edib. Bir sözlə Sarkisyanın erməni ictimaiyyəti ilə məhz Ermənistan daxilində hələ danışacağını bildirilib.

O, indiki erməni hakimiyyəti daxilində son baş verənləri olduqca ciddi qəbul edənlərin olduğuna diqqət çəkib. Bunu dərk edən, etməyən hakimiyyət üzvləri münasibət bildirməyə başlayıb. Aşotyanın sözlərinə görə, Sarkisyanın çıxışı öz məqəsdinə nail olub və gündəmə çevrilib.
İndiki Ermənistan hakimiyyətinin siyasi dialoqu sevmədiyi, siyasi mübahisələrdən xoşlanmadığı və ölkə daxilində bütün əks düşüncəli tərəfləri məhv etdikləri məlumdur.

Aşotyan, Paşinyanın bütün mümkün olan beynəlxalq platformalardan keçmiş erməni iqtidarını ləkələmək üçün istifadə etdiyini vurğulayıb.

O, BMT assambleyasındakı Paşinyanın 27 dəqiqəlik çıxışının 14 dəqiqəlik hissəsinin keçmiş hakimiyyəti ləkələmək üçün istifadə etdiyini bildirib.

Partiya funksioneri Ermənistanın təhlükəsizliyi üçün vacib olan sabitliyin pozulmamasına görə 1.5 il öncə Sarkisyan və təmsil etdiyi partiya hakimiyyəti dinc yolla təhvil verərək, siyasi mədəniyyətin əsasını qoyduğunu bildirib.

“Digər tərəfdən hazırda hakimiyyətə müxalif olan Sarkisyan ölkəsində baş verənlərə biganə qala bilməzdi. Sarkisyanın dediyi kimi həll etməyə nail ola bilmədikləri problemlərə görə günahları var və məsuliyyət daşıyırlar. Ancaq gördüyünüz kimi var olan problemlər yeni hakimiyyət dövründə nəinki həll edilməyib, yeniləri əlavə olunmaqla daha da dərinləşib”, - deyə o qeyd edib.

Sarkisyanın Qarabağ münaqişəsi ilə bağlı çıxış etdiyi hissəsinə toxunan Aşotyan bildirib ki, Paşinyan Milanda həyəsızcasına yalan danışıb.

“O qeyd edib ki, guya Sarkisyan sülh müqabilində 7 rayonun qaytarılması formatı ətrafında danışıqlar aparıb. İndi, Paşinyandan 2008-ci ilin yanvar ayında əldə etdiyi və guya onlara yaxın KİV-lərdən biri informasiyanı sızdırmaqla dərc etdiyi həmin sənədləri açıqlamasını tələb edirəm. Qoy açıqlasın görək doğrudanmı biz, sülh müqabilində 7 rayon formatını müzakirə edirdik”, - deyə o qeyd edib.

Aşotyan indiki hakimiyyətin milli məsələlərdə parçalanmaya yol verməsinə görə təəssüf etdiyini bildirib.

O qeyd edib ki, xalqın verdiyi mandat siyasi xadimə ağıl, güc vermir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin