"Paşinyan Qarabağı ələ keçirənləri inqilabçı elan edərək həbs etdirir" - Şarmazanovdan etiraz

2019/03/maxre-1552289173.jpg
Oxunub: 27501     15:12     20 İyun 2019    
"Paşinyan Düşənbə lift razılaşmasını, yoxsa KTMT-nin Baş katibi vəzifəsindən məhrum olmağı nəzərdə tuturdu?".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq iqtidar partiyası, "Respublikaçılar" partiyasının mətbuat katibi Eduard Şarmazanov "Facebook" səhifəsində yazıb.

"Lider dahilikdən daha çox şöhrətpərəst olursa, bu narahatedici haldır. Biz bir-birimizi bağışlamırıq, çünki qullara xas olan xarici düşməni bağışlayırıq. Bəli nəinki bir-birimizi, əksinə xarici düşməni bağışlayırıq.

Paşinyan Qarabağı ələ keçirənləri ya inkar edir, ya inqilabçı, ya da qara elan edərək həbs etdirir.

P.S. Paşinyan erməni parlamentində xarici siyasət diplomatiyası cəbhəsində uğurlar əldə etdiyi barədə bəyanat verərkən nəyi nəzərdə tuturdu....? Düşənbə lift razılaşmasını, yoxsa KTMT-nin Baş katibi vəzifəsindən məhrum olmağı?!", - deyə Şarmazanov Paşinyan hakimiyyətini tənqid edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Paşinyan   Etiraz  


Bizi "telegram"da izləyin