Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfər edəcək

2019/04/132-N-1554472621.jpg
Oxunub: 12836     17:55     05 Aprel 2019    
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Azərbaycan   Nəcməddin-Sadıkov  


Bizi "telegram"da izləyin