Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında güllələnən erməni hərbçi ilə bağlı yeni detallar üzə çıxıb.
Məlumatlara görə, Ermənistan MN-in "N" saylı hərbi komandirinə qarşı atəş açmış 57 yaşlı şəxs onun keçmiş işçisidir. O, hərbi hissədə sürücü kimi çalışıb və işindən son zamanlar uzaqlaşdırılıb. Çox güman ki, cinayət intiqam almaq məqsədilə törədilib.
O, qarın və ayaq nahiyələrindən yaralanıb. Yaralanmasına baxmayaraq, ona atəş açmış şəxsi zərərsizləşdirməyə nail olub və polislər gələnə qədər onu saxlaya bilib. Erməni hərbi hissə komandiri "Astğik" tibb mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsinin Malatiya-Sebastia inzibati rayonlarının istintaq bölmələrində qanunsuz silah saxlanılması və sui-qəsdə cəhd edilməsi ittihamları ilə cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az