Ordu.az “Past Info”ya istinadən xəbər verir ki, artıq Babayan bir aydır İrəvanda, eləcə də işğal altında olan Qarabağın bir neçə yaşayış məntəqələrində silsilə görüşlər keçirməyə başlayıb.
Bildirilir ki, bu görüşlər əvvəlcədən də deyildiyi kimi aşkar bir anti-Paşinyan xarakter daşıyır. Xüsusilə, bir neçə gün bundan əvvəl Qarabağ erməniləri ilə baş vermiş görüşü zamanı Babayan açıq şəkildə Paşinyanın danışıqları yanlış istiqamətdə apardığını bildirib.
Babayan göstərməyə çalışır ki, Paşinyanı dayandıra biləcək yeganə şəxs o özüdür. “Past”ın məlumatlarına görə, dəfələrlə Paşinyana xəbərdarlıq edilib ki, Babayan ciddi baş ağrısı ola və öz tələbi ilə kifayət qədər təhlükəli təhlükə törədə bilər.
Yaxın günlərdə Paşinyan tərəfindən Babayanın həbsi barədə göstəriş veriləcəyi istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az