Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək

2019/04/15544-1554459158.jpg
Oxunub: 29773     14:27     05 Aprel 2019    
Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir.

Ordu.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı deyib.

Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlət başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məcburi-köçkünlər   Prezident  


Bizi "telegram"da izləyin