Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis əvəzedicisi Naira Harutyunyan bildirib.
"Səhər saat 08:10 radələrində, Malatiya polis bölməsinə məlumat daxil olub ki, Cənub-Qərb məhəlləsinin Andranik küçəsində atəş səsləri eşidilib, yaralı var. Hadisə yerinə getmiş istintaq qrupunun operativ fəaliyyəti nəticəsində bir neçə fakt aydınlaşdırılıb”, - deyə o qeyd edib.
Xüsusilə, məlum olub ki, güllə yarası almış 1979-cu il təvəllüdlü şəxs Ermənistan MN-in "N" saylı hərbi hissə komandiridir. Onu yaralayanın 1962-ci ildə təvəllüdlü olduğu və artıq bölmənin nəzarətinə verildiyi bildirilir.
Baş vermiş hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddələri və 235-ci maddəsinin 1-ci hissəsi - sui-qəsdə cəhd edilməsi və qanunsuz silah-sursat saxlanılması adı altında cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az