Ermənistanda sakinsiz 10 kənd – FOTO

2019/04/56400-3108895504.jpg
Oxunub: 12110     11:03     05 Aprel 2019    
Ermənistanda yaşayış məntəqələrinin daimi əhalisinin sayı haqqında statistika idarəsinin yaydığı ən yeni məlumatlar əsasında (1 oktyabr 2017-ci il vəziyyətinə görə) ümumiyyətlə sakinsiz yaşayış məntəqələrinin olduğu üzə çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Kadastr idarəsinin “Facebook” səhifəsində qeyd edilib.

Bu cür sakinsiz yaşayış məntəqələri Sünik vilayətinin Kaçaran rayonu inzibati ərazisinə daxil olan Kard, Kitsk, Nerkin Qiratağ, Voçeti, Verin Qeğavank, Verin Qiratağ və Karut, Gorus rayonun inzibati tərkibində isə Ağbulaq, Vanand və Dzorak kəndləridir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sakinsiz-kəndlər  


Bizi "telegram"da izləyin