Məmmədyarov təyyarədə erməni “jurnalist”i susdurdu: “Ermənistan vətəndaşının Qarabağda hərbi xidmətdə nə işi var?” (VİDEO)
Oxunub: 18698
09:45
05 Aprel 2019
Barselona-Moskva təyyarəsində ermənilərlə söhbətə cəlb edilən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova özünü jurnalist kimi təqdim edən Tamara Saryan tərəfindən bir neçə sual ünvanlanıb.
Ordu.az xəbər verir ki, Barselona-Moskva təyyarəsində ermənilərlə söhbətə cəlb edilən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova özünü jurnalist kimi təqdim edən Tamara Saryan tərəfindən bir neçə sual ünvanlanıb.
Təxribatçı, özünü “jurnalist” adlandıran şəxs, Azərbaycanın daim sülhün qorunub saxlanmasından danışsa da, niyə hərəkətlərinin əksini göstərdiyini sual edib.
Bu suala Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov konkret cavab verib: “Mənim ölkəmin ərazisi, erməni əsgərləri tərəfindən işğal edilib. Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var?”.
Erməni həyasızlığına açıq-aşkar nümayiş etdirən “jurnalist” Tamara Saryan dərhal hiddətlənərək Azərbaycanın buranı niyə öz torpağı hesab etdiyini soruşub və Qarabağın tarixi erməni ərazisi olduğunu əlavə edib.
Məmmədyarov qeyd edib: “Siz hansı hissəni erməni ərazi hesab edirsiniz? İşğal edilən ərazilərin hamısını?”.
Saryan isə “bəli hamısı erməni ərazisidir” söyləyib . Cavabında Məmmədyarov jurnalistə əsəbləşməməyi, emosiyalarına hakim olmağı, sakit olmağı tövsiyyə edib və “Qarabağ” sözünün tərcümədə mənasını xatırlatmaqla “Черный сад” olduğunu diqqətə çatdırıb.