Ağdamda gənclərin hərbi xidmətə yola salma mərasimi keçirilib - FOTOLAR

2019/04/56573-9326399832.jpg
Oxunub: 20351     18:44     04 Aprel 2019    
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək xatirəsinə dərin ehtiram bildirilib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2019-ci il aprel ayının 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlanıb.

Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin rəisi Elxan Feyziyev, ziyalılar, Qarabağ müharibəsi iştirakçıları və valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.


Daha sonra tədbir rayonun musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

Tədbirin sonunda çağırışçı gənclər Azərbaycan Respublikasının bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola salınıblar.







Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səfərbərlik   Çağırış  


Bizi "telegram"da izləyin