Ordu.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə naziri Levan İzoria bəyan edib.
“Biz artıq “Javelin” sistemini tam şəkildə əldə etmişik və o, Gürcüstana çatdırılıb”, - deyə İzoria parlamentdəki nitqində söyləyib.
O bildirib ki, hökumət bununla bağlı bu il 23 milyon lari (təqribən 11 milyon manat) ayrılıb. Eyni zamanda təxminən eyni miqdarda vəsait də helikopterlərin təmiri və modernizasiyası üçün nəzərdə tutulub.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti ümumi dəyəri 75 milyon dollar olan daşınabilən “Javelin” tank əleyhinə raket sistemlərinin Gürcüstana satışına ötən ilin noyabrında icazə verib.
Ağalar Ağalarlı
Ordu.az