“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - FOTO+VİDEO
Oxunub: 32239
14:32
04 Aprel 2019
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib.
Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub. Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib.