Səudiyyənin nüvə stansiyasının ilk fotoları yayıldı

2019/04/15543-1554368693.jpg
Oxunub: 4500     13:03     04 Aprel 2019    
Səudiyyə Ərəbistanının nüvə stansiyasının fotoları yayımlanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni fotolar Səudiyyə Ərəbistanının ilk nüvə reaktorunun binasını tamamladığını göstərir.

Hesabatda bildirilir ki, paytaxt Ər-Riyadda Kral Əbdüləziz Elm və Texnologiya şəhərində yerləşən zavodun tikintisi narahatlıq doğurub. Çünki ölkə stansiya ilə bağlı beynəlxalq qaydaları qəbul etməyib.

Eyni zamanda, Səudiyyə Ərəbistanı Enerji Nazirliyindən verilən açıqlamaya görə, təsisat beynəlxalq müqavilələrə tam uyğun tikilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   Nüvə  


Bizi "telegram"da izləyin