Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O bildirib ki, aprel döyüşlərində Azərbaycan Ordusunun 20 faizi bütün Ermənistan ordusunu 3-4 günə darmadağın edib: "Biz əks hücuma keçdik, ancaq itkilərimiz ondan 3 dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi. Gecə, dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Ordumuz yüksək döyüşkənlik bacarığı nümayiş etdirdi. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gündə darmadağın etdi. Ermənistan aprel döyüşlərində səfərbərlik elan etdi. İrəvandan toy-bayramla Qarabağa yollandılar. Onlar gəlib heç Qarabağa çıxa bilmədilər.
Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər.."
Müdafiə naziri bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: "Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb.
Onlar bütün siyasətləri Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xətti yarmışdı. 18 dəqiqdən sonra onlar qaçmağa başladılar. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu".
Ordu.az