Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü Tiqran Karapetyan TV-lərdən birinə açıqlamasında deyib.
Ermənistandakı qeyri-müəyyənliyin aydınlaşdırılmalı olduğuna gəldikdə isə Karapetyan qeyd edib ki, nə baş verdiyini, niyə baş verdiyini təhlil etmək lazımdır.
Qanunvericilik sahəsində görüləcək işlər barədə danışarkən Tiqran Karapetyan bildirib ki, bəli parlamentin bu sahədə görəcəyi işlər var və elə ön xəttə səfərlərinin məqsədi bu olub.
"Müdafiə haqqında bütün qanunvericilik bazası yeni baxışla nəzərdən keçirilməlidir. Aprel hadisələrində boşluq vardı. Hər dəfə keçmiş müharibənin nəticələri əsasında hazırlıq görülürdü, lakin bu dəfə gələcək müharibələrə hazırlıq görülməlidir", - deyə o qeyd edib.
Ermənistanda indiyədək mövcud olan hərbi sənayenin gözlənilən nəticəni verə bilməyəcəyini bildirən Karapetyan qeyd edib ki, yeni tətbiq ediləcək modeldə bu qurum MN-in tərkibindən çıxarılmadlıdır.
"O zaman Müdafiə Nazirliyi hərbi sənaye sahəsinə tam nəzarət edirdi. İndi bu qurum nazirliyin tərkibindən çıxarılmalıdır", - deyə Karapetyan fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az