ABŞ Ermənistanı cəzalandırır: Tonoyanın Pentaqondakı görüşləri baş tutmayıb

2019/04/23423-1554361974.jpg
Oxunub: 3956     11:05     04 Aprel 2019    
Ermənistanın Müdafiə naziri Davit Tonoyan ABŞ-da qarşısına qoyulan tapşırıqları icra edə bilməyib.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, martın 26-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər etmiş Tonoyan Pentaqonda hər hansısa bir görüş keçirməyə nail ola bilməyib.

Erməni ekspertlər baş verən uğursuzluğun səbəbini, Ermənistanın Suriyaya hərbi heyət göndərməsi qərarının ABŞ tərəfindən xoş qarşılanmaması ilə əsaslandırırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin