"N" saylı hərbi hissənin əsgərləri Tərtərdə ekskursiyada olublar

2019/04/15543-1554360814.jpg
Oxunub: 14159     10:43     04 Aprel 2019    
Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü ilə bağlı "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "N" saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, əsgərlər əvvəlcə Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Tarix-Diyarşünaslıq Muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əsgərlər işğaldan azad edilmiş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələrə baxıblar.

Daha sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqları ilə tanış olublar.

Ekskursiya zamanı Aprel döyüşlərində Tərtər istiqamətində düşməndən azad olunmuş ərazilər də ziyarət edilib.

Hərbi qulluqçular xidmət yerlərinə xoş təəssüratlarla qayıdıblar.




Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Tərtər  


Bizi "telegram"da izləyin