Erməni vəkil aprel döyüşləri haqqında: "Ermənistana dağıdıcı zərbə vurublar"

2019/04/Noray-1554358311.jpg
Oxunub: 6149     09:56     04 Aprel 2019    
"Aprel döyüşlərinin əsas səbəbi bizim 94-cü ildən sonra arxayınçılığa düşməyimiz oldu. Azərbaycan bundan sonra məğlub sindromundan xilas ola və müharibəyə əl ata bilməz, deyə bizim içimizdə bir əminlik yaranmışdı".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri tanınmış erməni vəkil Norayr Norikyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın hərbi doktrinası və milli təhlükəsizlik strategiyası konsepsiyası 2007-ci ildə qəbul edilsə də, hazırda yenilənməyə məhkumdur.

"2016-cı ildə baş verən hadisələrdən sonra hərbi doktrinanın və milli təhlükəsizlik strategiyası konsepsiyasının dəyişdirilməsi və bu gün mövcud çağırışlara uyğunlaşdırılması üçün addımlar atılmayıb. Artıq bu gün Azərbaycan və onun xalqı məğlubiyyət sindromundan mənəvi psixoloji cəhətdən xilas ola bilib. Onlar hesab edir ki, aprel döyüşlərində Ermənistana dağıdıcı zərbə vurublar. Hazırda Ermənistanın hərbi doktrinası dəyişdirilməli və müasir çağırışların tələblərinə uyğunlaşdırılmalıdır. Yəni nə qədər "İsgəndər" istəyirsiniz əldə edin, əsas hərbi doktrinanı dəyişmək lazımdır", - deyə Norikyan qeyd edib.

Sonda erməni vəkil, Ermənistan ordusunda korrupsiya ilə məşğul olan yüksək rütbəli zabitlərin nə zaman məsuliyyətə cəlb ediləcəyinə dair məsələ qaldırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   Ölüm  


Bizi "telegram"da izləyin